08 may 2024 09:16
212

ABŞ İnstitutu: Rusiya nüvə silahından istifadə ilə bağlı blef edir

Rusiyanın Ukraynadakı döyüş meydanında və ya başqa bir yerdə taktiki nüvə silahından istifadə etmək ehtimalı çox aşağıdır.

"İki sahil"ə verilən məlumata görə, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun son hesabatında qeyd edilib.

Bildirilib ki, Rusiya rəsmiləri, ehtimal ki, sadəcə Qərbin Ukraynaya davam edən hərbi dəstəyini əngəlləmək üçün blef edirlər.