08 may 2024 12:13
237

Vüsal Şıxəliyev: Azərbaycanda turizm indekslərinin müqayisəli təhlilinin aparılması əhəmiyyətlidir

Azərbaycanda turizm sahəsində müvafiq göstəricilərin və əsasən də inkişaf indekslərinin beynəlxalq indekslərə əsasən müqayisəli təhlilinin aparılması və bu sahədə təşəbbüslərin həyata keçirilməsi olduqca əhəmiyyətlidir

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının katibliyinin rəhbəri Vüsal Şıxəliyev "Turizmin inkişafı" işçi qrupunun 2023-cü il Fəaliyyət Planının icra vəziyyəti və qarşıda duran prioritetlər mövzusunda keçirilən tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, "Turizmin inkişafı" İşçi qrupunun əsas mandatı və fəaliyyət sahəsi Dünya İqtisadi Forumunun hər il dərc etdiyi səyahət və turizmin inkişafı indeksinə fokuslanıb.

"Turizmin inkişafı" İşçi qrupunun 40-a yaxın üzvü var, bu üzvlərin əsas hissəsi özəl sektor təmsilçiləridir və digər maraqlı tərəflərdən ibarətdir. Müsbət məqamlardan biri də odur ki, İşçi qrupunda özəl sektorun aktiv və bərabər hüquqlu üzv kimi iştirakı turizm sektorunda qaldırılan məsələlərin eyni platformadan əlaqələndirilməsi və bu sahədə vahid sinerji ilə məqsədyönlü inklüzivliyin artırılmasına yönəlib", – deyə V. Şıxəliyev qeyd edib.