08 may 2024 12:22
230

Naxçıvanda vergi ödəyicilərinə 3 mindən çox "ASAN İmza" sertifikatı verilib

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında 1 749 müraciət üzrə 3 206 "Asan İmza" sertifikatı verilib.

“İki sahil” bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu müddət ərzində ümumilikdə 13 004 şəxs qəbul edilib. Xidmət strukturları tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələrin təqdim edilməsi, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 17 196 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 dəfə çoxdur.

Yanvar-aprel aylarında vergi ödəyicilərinə 193 234 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, ödəyicilərlə 35 görüş keçirilib, 227 sayda ünvanlı xidmət göstərilib.

4 ayda Naxçıvan, Şərur və Ordubad şəhərlərində fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 12 136 şəxs qəbul edilib və onlara 16 184 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə xidmət strukturları tərəfindən göstərilən xidmətərin sayından 1,6 dəfə çoxdur.