08 may 2024 12:10
231

Zelenski xarici qoşunları Ukraynaya dəvət edəcək?

Ukrayna Prezidenti Vladimir Zelenskinin saytında xarici qoşunların Ukraynaya dəvət edilməsi ilə bağlı petisiya yerləşdirilib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki,  Petisiyada Zlenskidən Ukrayna ərazisinə qoşunlarının yeridilməsi ilə bağlı Aİ-yə üzv ölkələrin hər birindən hərbi yardım istəmək üçün ən qısa zamanda qərar qəbul etmək xahiş edilib.

Zelenskinin ona baxması üçün petisiya 25 min səs toplamalıdır. Hazırda 1428 nəfər səs verib.

Bundan əvvəl Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, ABŞ öz ordusunu Ukraynaya göndərmək niyyətində deyil.