08 may 2024 15:47
249

Alman siyasətçiləri ard-arda hücumlara məruz qalır - FOTO

Son zamanlar Alman siyasətçilərə hücumların sayı artıb.

“İki sahil” yerli mətbuata istinadla xəbər verir ki, Berlin senatoru və keçmiş meri Fransiska Qifay bu gün kitabxanada hücuma məruz qalıb. Qifay naməlum şəxsin onu arxadan ağır əşya ilə vurması nəticəsində yaralanıb.

Polisin verdiyi açıqlamada bildirilib ki, Sosial Demokrat Partiyasının (SPD) üzvü Qifay başından və boynundan içərisində bərk əşya olan çanta ilə vurulub.

O qısa müddətliyinə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu, son günlər ərzində beşinci hücumdur. Drezden polisi hücumlarla bağlı Hitler salamı verən bir qrupdan şübhələnir.

Avropa solçuları yaşananları "Daha ədalətli Avropa üçün mübarizəyə davam edəcəyik və ifrat sağçılara qarşı demokratiyanı qoruyacağıq" şəkilində şərh edib.