08 may 2024 16:09
253

Ukraynada da məhkumlar müharibəyə göndəriləcək

Rada məhkumların səfərbər edilməsi haqqında qanun layihəsini dəstəkləyib

Bu gün Ali Rada bəzi kateqoriyalardan olan məhkumların səfərbər edilməsi haqqında qanun layihəsini qəbul edib.

“İki sahil”in məlumatına görə, bu barədə "RBK-Ukraina" xalq deputatı Yaroslav Jeleznyakın "Telegram" kanalına istinadən məlumat yayıb.

Jeleznyak bildirib ki, antikorrupsiya komitəsinin qeyd etdiyi antikorrupsiya riskləri qanun layihəsindən çıxarılıb.

Bu qanun həbsdə olan deputatlara, bəzi yüksək korrupsioner məmurlara, ağır cinayətlərdə təqsirli bilinənlərə aid edilməyib.

Səsvermənin nəticələrinə əsasən 279 deputatı lehinə, o "əleyhinə", 40 nəfər isə bitərəf səs verib.