08 may 2024 16:37
252

Çətin xarici təsirlə üzləşən Serbiya müstəqilliyə möhkəm sadiq qalıb - Çin lideri

Çin prezidenti Si Cinpin Serbiya lideri Aleksandr Vuçiçlə görüşündə Serbiyanın müstəqilliyini müdafiə edərək dünyada hörmət qazandığını bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Si Cinpin bildirib ki, çətin xarici təsirlə üzləşən Serbiya müstəqilliyə möhkəm sadiq qalıb, öz suverenliyini, ərazi bütövlüyünü və milli ləyaqətini müdafiə edib, beynəlxalq ədaləti qoruyub və bununla da beynəlxalq ictimaiyyətin hörmətini qazanıb.

Çin lideri Vuçiçi tarixi məsuliyyət hissi ilə görkəmli dövlət xadimi adlandırıb. Vuçiç isə daha əvvəl deyib ki, Si Çinpin bəzi müharibələri bitirməyə kömək edə bilər.