08 may 2024 17:45
271

Rusiya səfiri Britaniya XİN-ə çağırılıb

Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin Krallığın Xarici İşlər Nazirliyinə çağırılıb.

“İki sahil”in məlumatına görə, bu barədə informaisya sözü gedən qurumun saytında yerləşdirilib.

Rəsmi açıqlamada bildirilib ki, bu addım Rusiyanın pozuculuq fəaliyyətinə qarşı hazrılanan tədbirlər planının tərkib hissəsidir.

Plana həmçinin bu ölkənin hərbi attaşesinin, eləcə də kəşfiyyat orqanının əməkdaşının deportasiyası, Rusiya səfirliyinin krallıq ərazisindəki daşınmaz əmlakı üzərindən diplomatik statusun götürülməsi, Rusiya diplomatlarına vizaların verilməsinə qadağa və onların krallıq hüdudları daxilində qalma müddətinin məhdudlaşdırılması və digər addımlar daxildir.

Qeyd edilib ki, iki il ərzində krallıqda Rusiyanın xeyirinə casusluq edən 10 nəfərə yaxın əcnəbi vətəndaş ölkədən çıxarılıb. Onların arasında Bolqarıstan vətəndaşları da var.