09 may 2024 08:00
237

Onlar da Ukrayna üzrə konfransda iştirak edəcəklər

İtaliyanın Baş naziri Corciya Melonidən sonra Polşa, Finlandiya və Litva prezidentləri, eləcə də İspaniya və Belçikanın Baş nazirləri İsveçrədə (Bürqenştok kurortu) keçiriləcək Ukrayna üzrə konfransda iştirak edəcəklər.

“İki sahil” xəbər verir ki, dövlət və hökumət başçıları konfransda iştirak edəcəklərini bildiriblər.

Xatırladaq ki, 2024-cü il mayın 2-də İsveçrə hökuməti bəyan edib ki, konfransa G7, G20, BRICS qrupu, bütün qitələrdən bir çox ölkənin nümayəndələri, eləcə də Avropa İttifaqı, üç aparıcı beynəlxalq təşkilatın (BMT, ATƏT və Avropa Şurası) elçisi və iki ruhani və din xadimlərinin (Vatikan başçısı və Konstantinopol Ekumenik Patriarxı) nümayəndəsi də daxil olmaqla 160-dan çox iştirakçını dəvət edib. İştirakçıların son siyahısı konfransdan öncə dərc olunacaq.