09 may 2024 08:42
242

Türkiyədən “Meta”ya milyon dollarlıq cərimə

Türkiyənin Rəqabət Şurası “Meta” korporasiyasını cərimələyib.

“İki sahil” xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Qeyd edilib ki, cərimə başa çatmış iki proses üzrə 1,23 milyard lirə (təxminən 38,5 milyon dollar) məbləğində təşkil edib.

Cərimələr tənzimləyicinin 2023-cü ildən bəri ABŞ korporasiyasına qarşı tətbiq etdiyi iki ayrı icraatın yekunu kimi kəsilib.

Onlardan biri “Facebook”, “Instagram” sosial şəbəkələri və “WhatsApp” mesencerinə, digəri isə “Threads” sosial şəbəkəsinə aiddir. Şikayətlər arasında bu xidmətlərin istifadəçilərinin şəxsi məlumatlarının məcburi şəkildə digər “Meta” bölmələrinə ötürülməsi də var.