09 may 2024 09:57
249

Slovaklar Ukrayna üçün təxminən 2700 artilleriya mərmisi alacaqlar

Slovakiyada toplanan ilk 4 milyon avro ilə Çexiya istehsalçısı “STV Group”dan  Ukrayna üçün 2692 artilleriya mərmisi alınacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Çexiyanın “ČTK” xəbər agentliyinə ianənin təşkilatçıları və tərəfdaşları məlumat verib.

Qeyd edilib ki, sursatlar yayın sonundan gec olmayaraq Ukraynaya çatdırılmalıdır.

Qeyd edək ki, Slovakiyada pul yığımı aksiyası aprel ayında hökumətin Ukrayna üçün Aİ hüdudlarından kənarda silah-sursat almaqla bağlı Çexiya təşəbbüsünü dəstəkləməkdən imtina etməsinə cavab olaraq başladılıb. İctimai fəallar “Hökumət deyilsə, bizik”, başlıqlı kampaniyanın əvvəlində qarşılarına 1 milyon avro hədəf qoysalar da cəmi iki gün ərzində hədəfə çatıblar. İndiyədək 65,000-dən çox insan və təşkilat 4,17 milyon avrodan çox ianə edib. Ən böyük ianə 100.000 avro təşkil edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”