09 may 2024 11:53
226

Almaniyalı nazirdən Kiyevə gözlənilməz səfər

Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf naziri Svenya Şultse öncədən planlaşdırılmamış səfərlə Kiyevə gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə "Tagesschau" məlumat yayıb.

Nazirin səfəri Berlində dövlət və hökumət başçılarının da iştirakı ilə baş tutacaq yenidənqurma konfransına hazırlıq xarakteri daşıyır. Adıçəkilən konfransın iyunun 11-12-də keçirilməsi gözlənilir.  Təxminən 1500 nəfərin işritakı nəzərdə tutulub.

Nəşrin yazdığına görə, Şultsenin Kiyevdəki danışıqlarında, digər məsələlərlə yanaşı, Almaniyanın köməyi ilə Ukrayna elektrik şəbəkəsinin genişləndirilməsi və ixtisaslı işçilər yetişdirilməsi də müzakirə olunacaq.