09 may 2024 12:15
228

Trinity Kolleci tələbələrin tələblərini qəbul etdi

Dublin Trinity Kollecinin Fələstinin tərəfdarı olan tələbələrinin tələbləri qəbul edilib.

Bu barədə “İki sahil” "Anadolu"ya istinadla xəbər verir. 

İrlandiyanın ən prestijli universitetlərindən biri olan “Trinity College Dublin”də 5 gündür düşərgə salan fələstinli tələbələrə dəstək verilməsi sayəsində universitet rəhbərliyi tələbləri qəbul edib.

Paytaxt Dublindəki universitetdən verilən açıqlamada Fələstinə dəstək verən tələbələrin tələblərinin qəbul edilməsindən sonra tələbələrlə rəhbərlik arasında uzlaşmanın əldə edildiyi və düşərgənin ləğv ediləcəyi açıqlanıb.

Açıqlamada bildirilib ki, "Trinity College Dublin” İsrail şirkətlərinə sərmayələri dayandıracaq.

Qeyd edək ki, “Trinity” Kollecində fələstinli tələbələri dəstəkləyənlər mayın 3-də etiraz aksiyasına başlayıblar. Onlar kollec rəhbərliyindən İsraillə əlaqələri kəsməyi tələb ediblər.