09 may 2024 13:29
372

Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik- Türkiyənin Müdafiə Nazirliyi

Azərbaycanda Azərbaycan Türkiyə və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, təlimlərdə təbii fəlakətlər zamanı axtarış və xilasetmə işləri ilə bağlı manevrlər həyata keçiriləcək.

Təlimlər mayın 13-dən 18-dək baş tutacaq.