09 may 2024 13:42
263

Dəməşqi hədəf alan raketlər vurulub

Suriya Müdafiə Nazirliyi İsrailin Qolan təpələrindən paytaxt Dəməşqdə bir binanı hədəf aldığını bildirib.

“İki sahil” bu barədə "NTV"yə istinadla xəbər verir . 

Xəbərdə hava hücumundan müdafiə sistemlərinin İsrail raketlərinin bir hissəsini vurduğu və maddi ziyanın olduğu qeyd edilib.

Məsələ ilə bağlı İsraildən rəsmi açıqlama verilməyib.