09 may 2024 15:11
259

Dünya ulduzu qrip oldu, "Met Gala"da iştirak edə bilmədi

36 yaşlı Rihanna qripə görə 2024-cü ildə “Met Gala”da iştirakdan imtina etmək məcburiyyətində qalıb.

“İki sahil” "hellomagrussia.ru" saytına istinadla xəbər verir ki, son illərdə Rihanna və onun 35 yaşlı partnyoru A$AP Rocky hər yaz “Met Gala”da görünüb və ən çox gözlənilən qonaqlar sırasında olublar.

Lakin bu dəfə o özünü və başqalarını təhlükəyə atmamaq üçün ailə üzvləri ilə birlikdə evdə qalmalı olub.