09 may 2024 15:35
265

Macarıstandan ETİRAZ: Avropa İttifaqının Rusiyanın aktivlərini müsadirə etməsi...

Avropa İttifaqının Rusiyanın aktivlərini müsadirə etmək qərarı 1940-cı illərdə milli mənsubiyyətə görə başqasının əmlakının ələ keçirilməsinə bənzəyir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki,  bunu Macarıstanın Baş nazir Aparatının rəhbəri Gergely Gulyas bildirib.

"Bu, İkinci Dünya müharibəsini xatırladır. Kiminsə mülkü milliyyətinə və ya ölkəsinə görə müsadirə edilir”-deyə o, bildirib.

Siyasətçinin sözlərinə görə, Avropa İttifaqı çoxdan hüququ dırnaq arasına alıb. Macarıstan rəsmisi, eyni zamanda, Brüsseldən rəsmi açıqlama gözləməyi məsləhət görüb.

Xatırladaq ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bəyan edib ki, Aİ ölkələrinin səfirləri Kiyevin ehtiyacları üçün dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı konsensusa gəliblər.