09 may 2024 16:19
283

"Bavariya"nın direktorundan sərt sözlər

"Bavariya"nın idman direktoru Maks Eberl Çempionlar Liqasının 1/2 final mərhələsinin "Real"la cavab matçı (1:2) barədə danışıb.

“İki sahil” xəbər verir ki, bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə yekunlaşıb. Ötən gecə cavab görüşünün 68-ci dəqiqəsində "Bavariya" hesabı açsa da, "Real" 88 və 90+1-ci dəqiqələrdə fərqlənib. Görüşün sonunda "Bavariya"nın futbolçusu Matteys de Liqt "Real"ın qapısına qol vurub. Bununla belə, baş hakim Şimon Marçiniak epizodun sonunu gözləmədən fit çalaraq ofsayd qeydə alıb. Nəticədə Münhen təmsilçisinin qolu sayılmayıb, "Real" mərhələ adlayıb.

M.Eberl isə görüşdən sonra açıqlamasında oyunun hakimlərini sərt şəkildə tənqid edib:  “Hamı "Bavariya"nı Çempionlar Liqasının finalında görmək istəyirdi. Polşalı hakimlərdən başqa hamı!”

Qeyd edək ki, Mühnen təmsilçisinin baş məşqçisi Tomas Yuhel və futbolçusu Matteys de Liqt də görüşdən sonra hakimləri tənqid edib.