10 may 2024 00:57
338

Hitler erməni generallarını niyə rədd etmişdi?

Ermənistanda neofaşizm ideyaları bu gün də yaşamaqda, haylarda insanlığa qarşı nifrət aşılamaqdadır

II Dünya müharibəsi başlayanda Almaniyanın qələbəsinə inanan bir çox erməni generalları və kiçik çinli zabitləri Rusiyaya qarşı döyüşmək üçün almanlar tərəfə keçdilər. Əsirlərdən ibarət otuz minlik erməni legionerləri hər vasitə ilə almanların etibarını qazandıqdan sonra öz planlarını həyata keçirəcəklərini düşünürdülər.

Almanlara xidmətə qəbul edilən erməni legionerləri belə hərbi and içirdilər: “Tanrı və Adolf Hitler qarşısında and içirəm ki, alman dövlətinə və erməni torpağına sadiq olacağam. Son damla qanıma kimi nasional-sosializm ideyaları uğrunda bolşeviklərə və imperialistlərə qarşı mübarizə aparacağam”.

1941-ci ilin ortalarından 1944-cü ilin sentyabrına qədər ermənilər Türkiyədə və bütün Yaxın Şərqdə alman kəşfiyyatı ilə çox yaxın əməkdaşlıq etdilər. Erməni gizli agentləri faşist təbliğatı aparır və qaçıb gizlənən yəhudiləri təqib edərək yaxalanmaları üçün faşistlərə canfəşanlıqla kömək edirdilər.

Türkiyədəki casus ermənilərin III Reyxin ideoloqlarından biri olan Alfred Rozenberqə hazırladıqları təkliflərdə yazılırdı ki, Türkiyə II Dünya müharibəsində almanlara ona görə yaxınlıq edir ki, müharibədən sonra Azərbaycanla birləşib Böyük Turan imperiyası yaratsınlar. Bu planın qarşısının alınması üçün onlar Türkiyə və Azərbaycan arasında bufer dövlət – “böyük Ermənistan” yaradılmasını zəruri hesab edirlər. Buna görə də ermənilər Abverdə və ordunun Baş Qərargahında yüksək vəzifələr tutmağı, geniş səlahiyyətlər almağı planlaşdırırdılar. Onların bu arzularını Almaniya Daxili İşlər Nazirliyinə rəhbərlik edən SS reyxsfüreri Henrix Himmler Adolf Hitlerə çatdıranda o, demişdi ki, ermənilər etibarsız millətdir. Onlar öz ağalarına üç dəfə xəyanət ediblər, deməli, dördüncü dəfə də edərlər...Bununla da erməni generalları və zabitləri rəhbər hərbi qurumlara yaxın buraxılmadılar.

Ancaq ermənilər əməllərinə davam etdilər. 1942-ci ildə çox sayda erməni gənci birləşərək faşistlərin işğalçılıq planlarını müdafiə edən təşkilat yaratdı. Daşnak Suren Beq-zadyanın başçılıq etdiyi Paykar Hoassank (“işıqlı” mənasını verir) adlanan Erməni Milli Sosialist Hərəkatı bütün Avropada və Türkiyədə yaşayan  ermənilər arasında məşhurlaşdı.

15 dekabr 1942--ci ildə general Njde almanların yaratdığı "Erməni Milli Şurası"nın 7 üzvündən biri seçildi. General Dro və Njdenin başçılıq etdiyi erməni hərbi birləşmələri Krım yarımadasının işğalında və Qafqazdakı döyüşlərdə iştirak etmişdilər. Erməni döyüşçüləri özlərini “dromedarçılar” adlandırır, yeni tip  alman uniforması geyinirdilər. Silahları isə qarışıq idi-alman və sovet istehsalı. Generalından əsgərinə qədər erməni legionun hərbçiləri geyindikləri hərbi formanın sağ qolunda daşnak respublikasının üç rəngi ilə "Armenien" yazısı olan bir gerb daşımalı idi. Əvvəllər daşnak legioner gerblərində Ağrı dağının əksindən istifadə edirdilər.

İşğal zonalarında ermənilər özləri üçün xüsusi məktəblər açmışdılar. Bu məktəblərdə uşaqlara III Reyxin himayəsində qurulacaq “böyük Ermənistan”ın təbliğatını aparırdılar. Erməni Milli Komitəsinin  (EMK) üzvləri alman işğalı altında olan Krımda çox fəal idilər. Erməni Komitəsinin fəaliyyəti Krımın alman rəhbərliyi tərəfindən dəstəklənirdi. Yalnız ermənilərin və almanların gedə biləcəyi kafelər, restoranlar, yalnız ermənilərin gedə bildiyi xəstəxanalar açmışdılar. Komitə  faşist -alman ordularının canlı qüvvə ehtiyacları və erməni könüllü birlikləri üçün erməni əhalidən kömək də toplayırdı. Bu sahədə heç bir problem olmurdu. Çünki bütün erməni əhali irəliləyən almanları gül-çiçəklə qarşılayırdı. Bu, onu göstərirdi ki, ermənilər kim güclüdürsə onun yanında olmaq xarakterini dəyişməmişdilər. Dərhal təşkilatlanaraq işlərinə yarayan “şeytanı belə müdafiə etmələri”ni yazan müəlliflər yanılmırdılar. Krımda daşnakların başında olduğu EMK-si "Azat Hayastan" (Azad Ermənistan) və "Hay azq" (erməni milləti) adlı jurnallar çıxarır, bu jurnallarda yarımadanın kişi əhalisini alman ordularının tərkibində döyüşməyə çağırırdılar.

Almaniya rəhbərliyi Qafqazdakı və Türkiyədəki erməni əhalisini bu ölkələrdə qarışıqlıq yaratmaq üçün istifadə etməyə hazırlaşırdı. Ermənilər buna hazır idilər. Lakin almanların cəbhədəki uğursuzluqları onları bu planlarından imtina etməyə məcbur etdi.

Sovet ordusu Bolqarıstana daxil olanda general Njde müharibənin sonunun yaxınlaşdığını görüb özünə yeni müttəfiqlər axtarmış və sovet ordusunun cəbhə komandanı marşal Tolbuxinə məktubla müraciət edərək  yaltaqlanmışdı. Məktubunda o, özünə bəraət qazandırmaq məqsədil iə nasistlərlə yalnız onların Türkiyəyə müharibə elan edəcəyinə inandığı üçün əməkdaşlıq etdiyini iddia edirdi.  O, yenə də Sovet İttifaqının Türkiyəyə müharibə elan etməsinin zəruri olduğunu bildirir, özünün isə bu işdə Sovet ordusuna istənilən yardımı edəcəyinə söz verirdi. Lakin Sovet hərbi əks-kəşfiyyatı onu həbs edərək Moskvaya göndərdi. Bir müddət Dövlət Təhlükəsizlik Nazirliyinin həbsxanasında saxlandıqdan sonra Njde mühakimə edilməsi üçün İrəvana gətirildi. Məhkəmə zamanı Qaregin Njde antisovet fəaliyyətinə görə və kütləvi qətllər təşkil etməkdə günahkar bilindi. Əliqanlı cəllad 1948-ci ildə 25 illik həbs cəzasına məhkum olundu və bir müddətdən sonra həbsxanada öldü. Ələ keçən digər erməni qatillərə də layiq olduqları cəzalar verildi. Ancaq Ermənistanda neofaşizm ideologiyası bu gün də yaşamaqda, haylarda insanlığa qarşı nifrət aşılamaqdadır. Bir əli Sovet İttifaqının, o biri əli Almaniyanın ətəyində olan ermənilər Hitlerin dediyi kimi, 80 il keçəndən sonra Rusiyaya dördüncü dəfə də xəyanət etdilər...

Vəli İlyasov, "İki sahil"