10 may 2024 13:52
256

Paşinyana qarşı impiçment proseduruna başlamaq üçün müxalifət 54 səs toplamalıdır- KİV

Ermənistanın baş naziri Nikol Paşinyana qarşı impiçment proseduruna başlamaq və posta öz namizədini irəli sürmək üçün müxalifətə azı 54 səs toplamaq lazımdır.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Hazırda müxalifətdən olan “Ayastan” və “Şərəfim var” fraksiyalarını Ermənistan Milli Məclisində 35 deputat təmsil edir. Müxalifət daha 19 deputatın dəstəyini almalıdır.

Qeyd edək ki, Ermənistan ərazisində Azərbaycanla sərhədin delimitasiyasına başlanması ilə bağlı etiraz aksiyaları keçirilir. Etirazçılar Paşinyanın istefasını tələb edirlər.

Ermənistan KİV xəbər verir ki, parlamentin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan parlamentin müxalifət qüvvələrinin baş nazirə etimadsızlıq səsverməsi prosesinin başlanması ilə bağlı gündəlik üzərində işləməyə hazır olduqlarını bildirib.

“Konkret proseslə bağlı müəyyən prosedur məsələləri var ki, onların bəziləri bizim tərəfimizdən müəyyən edilmir. Prosesi başa çatdırmaq üçün hakim “Vətəndaş müqaviləsi” fraksiyasından bir sıra deputatların iştirakını təmin etmək lazım gələcək”, - o qeyd edib.