10 may 2024 16:02
329

Rusiyada sərnişin avtobusu çaya düşüb, dörd nəfər ölüb/YENİLƏNİB

Rusiyanın Sankt-Peterburq şəhərində sərnişin avtobusunun Moyka çayına düşməsi nəticəsində ölənlərin sayı dördə çatıb.

"İki sahil” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin şəhər və vilayət üzrə Baş İdarəsinin mətbuat xidməti bildirib.

Qəza nəticəsində xəsarət alanlardan dörd nəfərin klinik ölüm vəziyyətində olduğu bildirilir.

***

Rusiyanın Sankt-Peterburq şəhərində sərnişin avtobusunun Moyka çayına düşməsi nəticəsində bir nəfər ölüb.

“İki sahil” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin şəhər və vilayət üzrə Baş İdarəsinin mətbuat xidməti bildirib.

Məlumata görə, avtobusda təxminən 20 nəfər olub.

Bildirilib ki, hadisə yerinə 18 texnika və 70 xilasedici cəlb edilib.