10 may 2024 15:43
234

DSMF-nin gəlirləri və xərcləri artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 4 ayında proqnozla müqayisədə 2,2 faiz və ya 47 mln. manat çox olmaqla 2 mlrd. 169 mln. manat təşkil edib.

Nazirlikdən "İki sahil"ə verilən xəbərə görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 10 faiz və ya 157 mln. manat artaraq 1 mlrd. 811 mln. manat olub.

Yanvar-aprel aylarında DSMF-nin xərcləri 2 mlrd. 271 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 267 mln. manat çoxdur.