10 may 2024 15:46
248

İqtisadiyyat Nazirliyinin kollektivi Heydər Əliyevin əziz xatirəsini yad edib

İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektivi Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 101-ci il dönümü ilə əlaqədar olaraq Fəxri xiyabanı ziyarət ediblər.

"İki sahil"in İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

"Heydər Əliyevin tarixi xidmətləri cəmiyyət və dövlət həyatının bütün əsas sahələrini əhatə etməklə, ölkəmizin inkişafında əsaslı dönüş yaradıb. Ümummilli Liderin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq, onun mütərəqqi ideyaları, müdrik siyasəti və zəngin idarəetmə təcrübəsi hər birimiz üçün örnək olaraq qalacaq",-deyə məlumatda qeyd edilib.