10 may 2024 17:37
375

COP29-un prezidenti Pakistanda iqlim dəyişikliyinin təsirlərini müzakirə edib FOTO

COP29-un prezidenti Muxtar Babayev Pakistan Milli Fövqəladə Hallar İdarəsinin (NDMA) nümayəndələri ilə iqlim dəyişikliyinin nəticələrini müzakirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.

“Pakistanda iqlim dəyişikliyinin təsirləri haqqında təqdimata görə NDMA-ya təşəkkür edirik. Gələcək nəsillər üçün gücümüzü birləşdirməli və daha “yaşıl dünya” qurmaq öhdəliyi götürməliyik”, - paylaşımda qeyd olunub.