10 may 2024 19:01
280

Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib - FOTO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi Fəxri Xiyabanı ziyarət edib.

“İki sahil” xəbər verir ki,  Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.