10 may 2024 19:08
273

Lukaşenko Baş Qərargah rəisini işdən çıxarıb

Belarus Prezidenti Aleksandr Lukaşenko Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Viktor Quleviçi işdən çıxarıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Pul Pervoqo” “Teleqram” kanalı məlumat yayıb.

Qeyd olunub ki, Baş Qərargah rəisi hərbi xidmətdə olmanın son yaş həddi ilə əlaqədar ordu sıralarından ehtiyata buraxılıb.