10 may 2024 21:00
368

“Şəhidlər unudulmur!”adlı tədbir keçirilib

Culfa Rayon Təhsil Şöbəsi və Culfa şəhər 2 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Şəhidlər unudulmur!”adlı tədbir keçirilib.

Tədbirdə Culfa şəhərindən olan şəhidlərin ailələri, qazilər, Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları, məktəbin pedaqoji kollektivi və sakinlər iştirak edib.

Əvvəlcə tədbirdə Azərbaycan Resspublikasının Dövlət  Himni səsləndirilib, sonra müstəqil Azərbaycanın qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Məhluqə Rzayeva bildirib ki, 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi bizim igid, vətənpərvər oğullarımızın cəsarəti və şücaəti ilə Qələbə çalaq başa çatdı. Bu Zəfər sevincini bizə yaşadan ölkəmizin qəhrəman oğullarından olan Culfa şəhərinin şəhidləri - Kənan Quliyev, Nicat Məmmədli, Yaqub Nəcəfov və Ceyhun Dünyamalıyevin əziz xatirəsi hər daim yaddaşımızdadır. Biz onlarla qürur duyuruq. Məktəbimizdə onların xatirəsini yaşadır, şagirdlərimizə şəhidlərimizin həyat yolundan bəhs edir, onların qəhrəmanlığı bu gün hər bir Azərbaycan vətandaşı üçün nümunə olduğunu diqqətlərinə çatdırırıq.

Bu gün də tədbirimizdə şəhidlərimizin adına həsr etdiyimiz siniflərimizi şəhid ailələrinə təqdim etməyi özümüzə borc bilirik. Şəhidlərimizin adını daşıyan siniflərimizdə inanırıq ki, təhsil alan şagirdlərimiz vətənin igid oğllarını özlərinə nümunə biləcək və ölkəmizə, cəmiyyətimizə layiqli övladlar olaraq böyüyəcəklər.

Sonda tədbir iştirakçıları, şəhid ailələri şəhidlərimizin adını daşıyan siniflərlə tanış olublar.

Bütün göstərilən bu diqqə və qayğıya görə şəhid ailələri dövlətimizə minnətdar olduqlarını bildiriblər.

Səriyyə Salahova