16 may 2024 14:19
257

Azərbaycanda sərnişin daşımaları 8%-ə yaxın artıb

Azərbaycanda nəqliyyat sahəsində bu ilin yanvar-aprel ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,6% və 7,8% artıb.

"İki sahil" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 73,8 milyon ton yük daşınıb. Yüklərin 3,5%-i dəniz, 8,1%-i dəmir yolu, 0,2%-i hava, 57%-i avtomobil nəqliyyatı, 31,2%-i isə boru kəməri ilə daşınıb.

Qeyd edək ki, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,2% artmış, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,3% təşkil edib.

2024-cü ilin yanvar-aprel aylarında nəqliyyatçılar 623,9 milyon sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 87,5 faizi avtomobil nəqliyyatı, 11,9 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.