20 may 2024 14:09
199

Planlarımızda heç bir dəyişiklik olmayacaq - İran səfiri

İran Rəisinin ölümündən sonra digər ölkələrlə əməkdaşlıq planlarını dəyişmək niyyətində deyil.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə İranın Minskdəki səfiri Əlirza Sanei bildirib.

“Digər tərəfdaşlarımızla, o cümlədən Belarusla əməkdaşlıq planlarımızda heç bir dəyişiklik olmayacaq. Biz bütün planlarımıza əməl edəcəyik, əvvəllər olduğu kimi, onları həyata keçirəcəyik”- deyə səfir bildirib.