01 may 2024 18:28
640

Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?

Meyvə və tərəvəzlərin tərkibi vitaminlər, minerallarla zəngin olsa da pestisid riski də daşıyır.

“İki sahil” “CNN-Türk”ə istinadla xəbər verir ki, bu barədə sağlam qida mütəxəssisi Dilara Koçak öz fikirlərini bildirib.

Mütəxəssiz qeyd edib ki, pestisidlər, böcəklərin, alaq otlarının və göbələklərin becərilən məhsula zərər verməsinin qarşısını alan kimyəvi birləşmələrdir. Fermerlər sahədən daha çox məhsul əldə etmək üçün bu kimyəvi maddələrdən istifadə edirlər. Pestisidlər insan sağlamlığı üçün zəhərli ola bilər, lakin pestisidin nə qədər zərərli olması onun funksiyasından asılıdır. Bu təsir həm də istifadə olunan pestisidlərin miqdarından və konsentrasiyasından asılıdır. Əlavə olaraq, istifadəçinin dərisinə girməsindən, udmasından və ya tənəffüs etməsindən asılı olaraq fərqli təsirlər göstərə bilər.

Bəs meyvə və tərəvəzlər pestisiddən necə təmizlənməlidir?

Mütəxəssiz qeyd edib ki, problemin əsas həlli istehsal prosesində mümkün olsa da, mətbəxlərimizdə hamımızın diqqət etməli olduğumuz bəzi məqamlar var var. Məsələn, məhsulların axan suyun altında yuyulması ən ideal üsullardan biridir.

Kartof kimi qidaları fırçalayaraq təmizləmək, şaftalı kimi yumşaq qidaları axan suyun altında ovalamaqla yumaq qalıqları təmizləməyə kömək edir.

Dilara Koçak bildirib ki, bu gün istifadə olunan pestisidlərin əksəriyyəti sistematikdir, yəni bitki kökləri tərəfindən udula bilər və bitki boyunca yayıla bilər. Buna görə də meyvə və tərəvəzləri yumaq pestisidləri tamamilə aradan qaldırmır.

Pestisidlərə məruz qalmamaq üçün yerli və mövsümi meyvə və tərəvəzlərdən istifadə etmək daha məqsədəuyğundur.

Nigar Orucova, “İki sahil”