01 may 2024 23:21
358

Marsda "hörümçək" peyda olub

Hər yaz Marsda qəribə “hörümçəklər” peyda olur. Araxnofobların qorxmasına ehtiyac yoxdur: Avropa Kosmik Agentliyinin yeni fotoşəkili əslində Qırmızı Planetdə karbon qazının mövsümi buraxılmasını göstərir. Qaranlıq formasiyalar planetin cənub qütb bölgəsində "İnka şəhəri" kimi tanınan formasiyada müşahidə edilib. “Mars Express” stansiyası və “ExoMars Trace Gas Orbiter” kosmik gəmisi tərəfindən çəkilmiş şəkillər kiçik pəncələri olan tünd nöqtələrin çoxluqlarını göstərir.

Bu laylar diametri 45 metrdən 1 kilometrə qədər olan qaz kanallarıdır. Onlar yazda karbon qazından ibarət buz təbəqələrinin əriməsi zamanı baş verir. İstiliyin təsiri altında buzun alt təbəqələri qaza, ya da sublimasiyaya çevrilir. Qaranlıq tozla doymuş qaz genişlənir və qalxır, sonra isə partlayır.

"İnkalar şəhəri" “Angustus Labyrinthus” kimi də tanınır. 2002-ci ildə “Mars Orbiter” göstərdi ki, "bu şəhər" diametri təxminən 86 km olan dairəvi obyektin bir hissəsidir. Bu, qədim zərbə krateri ola bilər və həndəsi silsilələr asteroidin təsirindən sonra çatlardan çıxan maqmatik müdaxilələr ola bilər. Krater getdikcə çöküntü ilə dolub, sonradan aşınıb və qədim xarabalıqlara bənzəyən maqmatik birləşmələr qismən üzə çıxıb.

Nubar Süleymanova, “İki sahil”