03 may 2024 11:58
271

Xətai rayonunda kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə soyuq silah hesab edilən kəsici-deşici alətlərin satışının qarşısı alınıb.

Daxili İşlər Nazirliyindən "İki sahil"ə verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının ötən gün metronun “Əhmədli” və “Həzi Aslanov” stansiyalarınına yaxın ərazilərdə keçirdikləri tədbirlərlə 7 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 147 kəsici-deşici alət aşkar olunaraq götürülüb.

Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır.