03 may 2024 14:43
214

53 günlük MİSSİYA - Çin Aydan yerə torpaq gətirəcək

Çinin Long March 5 Y8 daşıyıcı raketi Ayın uzaq tərəfindən Yerə təxminən 2 kq torpaq çatdırmalı olan Chang'e-6 ay zondu ilə Haynan adasındakı Wenchang Peyk Mərkəzindən kosmosa buraxılıb.

“İki sahil” RİA Novosti-yə istinadla xəbər verir ki, missiya 53 gün davam edəcək.

Zond özü orbital moduldan, qayıdış modulundan, enmə modulundan və uçuş modulundan ibarətdir.

Zond eniş kamerası, panoramik kamera, mineralların spektral analizi üçün cihaz və Ay torpağının strukturunu təhlil etmək üçün alətlə təchiz olunub.

Mart ayında Roskosmosun baş direktoru Yuri Borisov bildirmişdi ki, Rusiya Çinlə birlikdə 2033-2035-ci illərdə Ayın səthində AES-in çatdırılması və quraşdırılmasını nəzərdən keçirir.