Misli Premyer Liqasının 33-cü turu çərçivəsində "Turan Tovuz" "Zirə"ni qəbul edib.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 14-cü dəqiqəsində Salifu Suma hesabı açıb.
52-ci dəqiqədə Fərid Nəbiyev hesabı bərabərləşdirib. 70-ci dəqiqədə isə Sezar Meza Kolli oyunda son nöqtəni qoyub – 1-2.
Misli Premyer Liqası,
33-cü tur
5 may
16:30. “Turan Tovuz” 1–2 “Zirə”
Qollar: Salifu Suma, 14 (0:1), Fərid Nəbiyev, 52 (1:1), Sezar Meza Kolli, 70 (1:2)
Qırmızı vərəqə: Roderik Miller, 90+9 ("Turan Tovuz")
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Tovuz şəhər stadionu
Məgərrəm Ağalaroğlu, “İki sahil”