05 may 2024 23:57
261

"Bayer" qarşısıalınmazdır

Almaniya Bundesliqasında 32-ci turun oyunları keçirilir.

“İki sahil” xəbər verir ki, 29-cu turda tarixində ilk çempionluğunu rəsmiləşdirən "Bayer" bu gün səfərdə "Ayntraxt"la qarşılaşıb. Oyun Leverkuzen təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

"Aytraxt" - "Bayer" - 1:5

Qollar: Ekitike, 32 - Caka, 12, Şik, 44, Palasios, 58, Frimponq, 77, Bonifase, 89

Xabi Alonsonun komandası bununla da məğlubiyyətsiz oyunlar seriyasını (bütün turnirlərdə) 48-ə çatdırıb.