06 may 2024 11:44
220

Bu ölkə Ukraynaya 13 milyard dollardan çox vəsait ayırıb

Kanada son iki ildə Ukraynaya 13 milyard dollardan çox vəsait ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal "CBC" telekanalına müsahibəsində bildirib.

Ukraynanın baş naziri Kanadanın köməyini yüksək qiymətləndirib və kanadalı həmkarı Kristia Frilandın “Ukraynanın ən böyük dostu” olduğunu bildirib.

Aprelin 27-də Ottava pilotsuz uçuş aparatlarının istehsalı üçün 3 milyon Kanada dolları (2,1 milyon dollar) ayrıldığını elan etdi. Kanada Çexiyanın təşəbbüsü çərçivəsində Kiyevə hərbi sursat almaq məqsədilə daha 13 milyon Kanada dolları (9,5 milyon dollar) ayıracaq.