06 may 2024 11:57
220

Makron Si Cinpindən NƏ XAHİŞ EDƏCƏK?

Fransa prezidenti Emmanuel Makron, Çin lideri Si Cinpinin Parisə səfəri zamanı həmkarından xahiş edəcək ki, o Rusiya Federasiyasını Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur etsin.

“İki sahil” bu barədə “Associated Press”ə istinadən xəbər verir.

Prezidentlərin Ukrayna ərazisində müharibə, Yaxın Şərq, ticarət, eləcə də qlobal çağırışlar, iqlim dəyişiklikləri kimi məsələləri müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, Fransa ÇXR sədri Si Cinpin üçün Avropa səfəri çərçivəsində ilk “dayanacaq”dır. Bundan sonra o, Serbiya və Macarıstana səfər edəcək.