06 may 2024 12:19
237

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

“Bakı Metropoliteni” QSC-də “Əlçatan metro” layihəsi üzrə aprel ayında 90 sifariş icra olunub, 3 nəfər isə verdiyi sifarişdən sonradan imtina edib.

Bakı metrosundan "İki sahil"ə bildirilib ki, 2023-cü ilin eyni ayında bu layihə üzrə 60 nəfər daşınıb. İki ilin aprel aylarının müqayisəli təhlilinə əsasən, bu xidmətdən istifadə edənlərin sayı 33,3 faiz artıb.

Qeyd edək ki, “Əlçatan metro” layihəsi metrodan istifadə imkanları bu və digər səbəblərdən məhdud olan sərnişinlərin daşınması xidmətidir. 2019-cu ildən sərnişinlərin ixtiyarına verilən bu xidmətdən əlil arabası və uşaqa arabacıqları ilə hərəkət edənlər, əsa və qoltuqaltı ağacdan istifadə edənlər, yaşlılar istifadə edir.