06 may 2024 13:43
245

Rəsmi Moskva Şimali Koreya istehsalı raketlərdən istifadə olunmasını şərh etmədi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın xüsusi hərbi əməliyyat zamanı Şimali Koreya istehsalı raketlərdən istifadə etməsi ilə bağlı məlumatları şərh etməyib.

“İki sahil” xəbər verir ki, Kremlin sözçüsü Ukrayna müharibəsində Rusiya ordusunun Şimali Koreya istehsalı raketlərdən istifadə etməsi ilə bağlı suala belə cavab verib.

“Bu, xüsusi hərbi əməliyyatın gedişinə aiddir, bu, bizim hərbçilərimizə aid məsələdir”, deyə Peskov qeyd edib.