12 noyabr 2018 16:31
2425

Avropaya turist axını artmaqdadır

Avropa otellərinə, pansionatlarına və kempinqlərinə üz tutan turistlərin sayı davamlı olaraq artır.

AZƏRTAC xəbər verir ki, əsasən Çexiya üzrə cari ilin üçüncü rübündə turistlərin ümumi sayı 7,5 milyon nəfər təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz çoxdur. Çexiya Statistika İdarəsinin yaydığı məlumata görə, bu il ölkəyə 28 milyon əcnəbi turist gəlib.

Almaniya, Slovakiya və Çin vətəndaşları Çexiyaya digər ölkə vətəndaşlarına nisbətən daha tez-tez gəlirlər. Daha çox tələbat Karlovı Varı diyarına dincəlməyə gələnlər arasında qeydə alınıb. Əcnəbi turistlərlə yanaşı, yerli turistlərin də sayı artmaqdadır.