06 aprel 2024 17:42
779

Masallıda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində aksiya keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı partiya fəalları ilə birgə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib.

“İki sahil” xəbər verir ki, şəhərin Viləş çayı sahilində salınmış “Vətən bağı” ərazisində keçirilən aksiya zamanı 50 ədəd sərv ağacı əkilmişdir.