15 aprel 2024 11:34
251

Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub.

“İki sahil” xəbər verir ki, Komissiyanın növbəti iclası aprelin 17-də keçiriləcək.

Toplantıda komissiyaya daxil olan digər müraciətlərə baxılacaq.

Qeyd edək ki, Komissiyanın ilk iclasında 100-dən çox müraciətə baxılıb.