15 aprel 2024 17:30
281

TPAO Siirtdə neft axtaracaq

“Türkiyə Neft Anonim Ortaqlığı” (TPAO) şirkəti Siirtin mərkəzi rayonunda “Meşəlidərə-1” neft quyusu qazaraq neft axtarışına başlayacaq.

Türkiyə Neft Anonim Ortaqlığı (TPAO) Batman Region Müdirliyi, Siirtin rayon mərkəzi olan Meşəlidərə kəndi ərazisində, ARI/TPO/K/M47-b4 lisenziya nömrəli yataqda olan “Meşelidere-1” sınaq quyusunda neft axtarışı aparacaq.

Layihənin dəyərinin 9 milyon lirə olacağı gözlənilir. "Rotary" qazma alətlərindən istifadə olunacaq və hasilat deyil, yalnız qazma işi çərçivəsində aşkarlama aparılacaq. Xam neftin ehtiyatına və keyfiyyətinə əsasən hasilat quyusunun qazılıb-qazılmaması barədə qərar veriləcək.

Məlumat üçün bildirək ki, "Rotary" qazma alətləri əsasən fırlanan tikinti üçün istifadə olunur və dərin quyularda və ya ultra dərin quyularda qazma üçün geniş istifadə olunur.

Orxan Vahidoğlu, "İki sahil"