16 aprel 2024 10:47
160

Azərbaycanda sərnişindaşımada artım qeydə alınıb

Azərbaycanda taksidən istifadə edən sərnişinlərin sayı açıqlanıb.

Bu barədə "İki sahil"ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, 2024-cü ilin yanvar-mart aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 30,4 milyon ton yük, 396,7 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə, müvafiq olaraq 7,2 faiz və 7,5 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95,3 faizi avtobus, 4,7 faizi (18.6 milyon) isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 9,4 faiz, sərnişin dövriyyəsi isə 8,3 faiz artıb.