25 aprel 2024 01:36
382

B12 vitamini çatışmazlığı görün, nələrə səbəb olurmuş...

B12 vitamini sağlamlığımızın vacib elementidir. Rusiyalı həkim, sağlamlıq şousunun aparıcısı Aleksandr Myasnikov "Rosiya 1" telekanalında yayımlanan müəllif proqramında bədəndə bu vitaminin çatışmamasının nəticələrindən danışıb.

Həkim qeyd edib ki, B12 vitamini çatışmazlığı düzgün qidalanmamaqdan, müxtəlif xəstəliklərdən və metformin, omeprazol və digər adi dərmanların qəbulundan yarana bilər. “Bu problem özünü zəiflik, yorğunluq, psixi pozğunluqlar və s kimi göstərir.B 12 elementinin çatışmazlığı ilə üzləşənlərdə aqressiya, titrəmələr yaranır, hər şeyi unutmağa başlayırlar, əlləri uyuşur, tarazlıq hissi pozulur”,-deyə mütəxəssis əlavə edib.

Nubar Süleymanova, “İki sahil”