24 aprel 2024 19:18
248

Bakıda Qırğızıstan mədəniyyət günlərinin açılış mərasimi keçirilib

Bakıda Qırğızıstan mədəniyyət günlərinin açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbir çərçivəsində Qırğızıstanın sənət nümunələrinin nümayiş etdirildiyi sərgi açılıb.

Sərgidə qırğız rəssamların əsərləri, müxtəlif fotoşəkillər, tarixi eksponatlar ziyarətçilərə təqdim edilib.

Mədəniyyət günləri çərçivəsində həmçinin, Qırğız xalqının milli geyimlərindən ibarət moda nümayişi, bu ölkənin milli mətbəxinin təamları ziyarətçilərə təqdim edilib, qonaqlar Qırğızıstanın xalq çalğı alətlərindən ibarət ansamblın müşayiəti ilə xalq musiqilərini dinləmək imkanı əldə ediblər.

Qeyd edilib ki, geyim nümunələrinin müəllifi modelyer-rəssam Dilbər Aşimbayevadır.

Qırğızıstan mədəniyyət günləri konsert proqramı ilə davam edib.