25 aprel 2024 14:00
188

Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Bakıda keçirilən birinci iclasından sonra brifinqdə deyib.

Onun sözlərinə görə, iclasda müzakirələr aparıldı və Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin ikinci iclasının Türkiyədə keçirilməsi yekdilliklə qərara alındı.