25 aprel 2024 15:55
299

“Fənərbaxça”-“Beşiktaş” derbisinin baş hakimi məlum olub

Türkiyə Super Liqasının 34-cü həftəsində keçiriləcək “Fənərbaxça”-“Beşiktaş” derbisinin baş hakimi bəlli olub.

“İki sahil” xəbər verir ki, qarşılaşmanı Volkan Bayarslan idarə edəcək.

Beləliklə, Volkan Bayarslan ikinci dəfə "Fənərbaxça" - "Beşiktaş" derbisini idarə edəcək.

46 yaşlı hakim daha əvvəl 2 oktyabr 2022-ci ildə oynanılan və 0:0 hesabı ilə başa çatan "Beşiktaş" - "Fənərbaxça" derbisinin baş hakimi olub.

Digər tərəfdən, Volkan Bayarslan karyerasında 5-ci dəfə derbi matçında fit çalacaq.

Qeyd edək ki, qarşılaşma aprelin 27-si saat 20:00-da baş tutacaq.