25 aprel 2024 21:46
243

KİV: Qəzzadakı vəziyyətlə bağlı görüş İsrail və HƏMAS nümayəndəsi olmadan Ər-Riyadda keçiriləcək

Aprelin 29-da Ər-Riyadda Böyük Britaniya, ABŞ və ərəb ölkələrinin yüksək vəzifəli rəsmi şəxslərinin iştirakı ilə Qəzza zolağındakı vəziyyətlə bağlı danışıqlar keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Görüşdə ABŞ Dövlət katibi Entoni Blinkenin, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun və Avropa İttifaqı, Misir, İordaniya, Qətər və Fələstin rəsmilərinin iştirak edəcəyi gözlənilir.

Mənbələr bildiriblər ki, İsrail və radikal HƏMAS qruplaşmasının nümayəndələri məsləhətləşmələrdə iştirak etməyəcəklər.

Agentliyin həmsöhbətləri qarşıdan gələn tədbiri “böhran görüşü” və “ilkin danışıqlar” kimi qiymətləndiriblər.