26 aprel 2024 11:10
212

Avropa Parlamentinin qətnaməsi biabırçı kağız tullantısıdır - AÇIQLAMA

Gürcüstan parlamentinin komitələrində “Xarici agentlər haqqında” Qanunun müzakirəsini davam etdiriləcək, daha sonra səsvermə keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Gələn həftə həm komitə səviyyəsində, həm də sessiyada müzakirələr olacaq", - deyə parlamentin sədri Şalva Papuaşvili bildirib.

Aprelin 24-də bir neçə yüz insan yenidən Gürcüstan parlamenti qarşısında bu qanunun qəbuluna etiraz etmək üçün toplaşmışdı.

Rəsmi Tbilisi qanun layihəsi ilə bağlı Avropa Parlamentinin tənqidinə kəskin reaksiya verib. Belə ki, hakim partiyanın baş katibi Kaxa Kaladze AP qətnaməsini biabırçı kağız tullantısı  adlandırıb.